...

Trend Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasına qoşulan ilk Azərbaycan informasiya agentliyi oldu

Cəmiyyət Materials 28 İyun 2013 16:48 (UTC +04:00)
Trend İnformasiya Agentliyi bütün dünyadan 18 min çap məhsulunu, təqribən 15 min internet saytını, KİV təmsilçilərini və digər sənaye oyunçularını özündə birləşdirən dünyada iri və nüfuzlu təşkilat olan Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvü seçilib.
Trend Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasına qoşulan ilk Azərbaycan informasiya agentliyi oldu

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir E.Tariverdiyeva/

Trend İnformasiya Agentliyi bütün dünyadan 18 min çap məhsulunu, təqribən 15 min internet saytını, KİV təmsilçilərini və digər sənaye oyunçularını özündə birləşdirən dünyada iri və nüfuzlu təşkilat olan Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvü seçilib.

Trend-in PR direktoru Elina Şahmaqomedova bildirib: "WAN-IFRA-ya üzvlük xəbərlərlə işin müasir texnologiyaları haqqında son informasiyaya çıxışı təmin edəcək və bütün dünyadan olan həmkarlarla təcrübə mübadiləsinə imkan yaradacaq".

WAN-IFRA Üzvlük və inkişaf xidmətinin direktoru Birke Bekker bildirib: "Biz Trend-i təşkilatımızda görməyə şadıq. Trend WAN-IFRA-ya qoşulan ilk Azərbaycan informasiya agentliyidir və Azərbaycandan olan ikinci üzvdür. Biz yalnız onların biznesini dəstəkləməyə deyil, həm də gələcəkdə bu regionda bu sahədə daha sıx münasibətlər qurmağa ümid edirik".

WAN mətbuat azadlığı ideyalarının müdafiəsi və irəliləyişi, mətbuatın iqtisadi müstəqilliyinin nail olunmasına kömək məqsədilə 1948-ci ildə yaradılıb. IFRA isə erkən mərhələlərdən qəzetlər üçün rəngli çap texnologiyasının işlənilməsi və yayılması, naşirlər arasında informasiya mübadiləsinə kömək, sənayenin texnologiya və xidmətlərlə təmini, xəbərlərin nəşriyyat sənayesi üçün tədqiqat və xidmətlərin təşkili ilə məşğul olan təşkilat kimi yaradılıb.

Bu iki təşkilat dünya mətbuatının qlobal nümayəndələri ilə münasibətdə çoxillik tarixə malikdir. 2009-cu ildə onların birləşməsi nəticəsində Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyası (WAN-IFRA) yaranıb. Yeni təşkilatın məqsədi sadədir - qəzet və bütün dünya xəbərlər sənayesinin, xüsusilə də üzvlərin əvəzolunmaz tərəfdaşı olmaq üçün mətbuat azadlığını, keyfiyyətli jurnalistikanı, çiçəklənən biznesin və texnologiyanın inkişafını müdafə və təşviq etmək.

Trend İnformasiya Agentliyi - 1995-ci ildə Azərbaycanda təsis edilən müstəqil informasiya agentliyi və Xəzəryanı ölkələrin aparıcı xəbər tədarükçülərindən biridir.

Trend-ə 2006-2007-ci illərdə "Azərbaycanın kütləvi informasiya vasitələri" nominasiyasında "İlin ən yaxşı şirkəti" mükafatı verilib.

Trend "İlin eksklüziv informasiya agentliyi" nominasiyasında "Brand Award Azerbaijan-2008" milli mükafatına da layiq görülüb.

Avrasiya Televiziya və Radio Akademiyası 2008-ci ildə Trend-i "Avrasiyada dinamik inkişaf edən resurs" kimi tanıyıb.

2010-cu ildə Trend Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) üzv seçilib.

Agentliyin bazasında tərkibinə region və Qərb ölkələrinin 40-a yaxın tanınmış müstəqil ekspertinin daxil olduğu Trend Ekspert Şurası yaradılıb.

Trend gün ərzində beş dildə - Azərbaycan, ingilis, rus, fars və ərəb dillərində xəbərlər dərc edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti