...

Trend.az yenidən Cənubi Qafqazda ən nüfuzlu xəbərlər resursu siyahısına başçılıq edib

Cəmiyyət Materials 3 İyul 2013 13:25 (UTC +04:00)
Rusiyanın iri Yandex.ru axtarış sisteminin Trend BİA-nın www.Trend.az saytı üçün hazırladığı Sitatgətirmənin Tematik İndeksi (STİ) iyulun əvvəlindən 3600 ədəd təşkil edib.
Trend.az yenidən Cənubi Qafqazda ən nüfuzlu xəbərlər resursu siyahısına başçılıq edib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 3 iyul / Trend /

Rusiyanın iri Yandex.ru axtarış sisteminin Trend BİA-nın www.Trend.az saytı üçün hazırladığı Sitatgətirmənin Tematik İndeksi (STİ) iyulun əvvəlindən 3600 ədəd təşkil edib. Bu, Cənubi Qafqaz regionunun xəbər saytları arasında ən yüksək göstəricidir. SТİ digər saytların istinadlarının keyfiyyət xarakteristikası nəzərə alınmaqla resursun mötəbərliliyini müəyyən edir. Yandex bu keyfiyyət xarakteristikasını istinadların "çəkisi" adlandırır.

"Google Analytics" xidmətinin məlumatına görə, 2013-cü ilin yanvar-iyun aylarında Trend BİA saytına 4,5 milyondan çox adam baş çəkib. İyunda onların sayı 680 mini ötüb. Bu ilin yanvar-iyunda istifadəçilər tərəfindən saytın 13 milyondan artıq səhifəsinə baxılıb. İyunda onların sayı 2 milyondan çox olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti