Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir İ.İzzət/
Ədliyyə orqanlarında qulluğa qəbul olunan daha 22 nəfər Penitensiar xidmətdə kiçik rəis heyətinə vəzifələrə təyin olunub.
Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, 22 nəfər ədliyyə orqanlarında qulluğa qəbul olunaraq Penitensiar xidmətdə kiçik rəis heyətində vəzifələrə təyin olunub.
Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Mədət Quliyev qulluğa qəbul olunmuş gənc əməkdaşları təbrik edib, onlara ədliyyə orqanlarında qulluq keçərkən uğurlar arzulayıb.
Ədliyyə orqanlarında qulluğa yeni qəbul olunmuş gənc əməkdaşlar Penitensiar xidmətin Tarix muzeyinə baxış keçiriblər. Muzeyin Heydər Əliyev guşəsində ümummilli liderin həyat və fəaliyyətini, onun müasir Azərbaycanın inkişafı uğrunda əldə etdiyi nailiyyətləri əks etdirən fotoşəkillərlə, həmçinin xidmətin fəaliyyətinə aid olan eksponatlarla tanış olublar.