Azərbaycan, Bakı, 5 iyul /Trend/
Azərbaycan ərazisində yaxın 2 gündə hava şəraiti mülayimləşəcək, temperatur bir neçə dərəcə yüksələcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, iyulun 6- da və 7-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq, şimal-qərb küləyi əsəcək, arabir nisbətən güclənəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu iyulun 6-da gecə 20-23, gündüz 29-34 dərəcə, iyulun 7-də gecə 20-23, gündüz 30-35 dərəcə isti olacaq.
Azərbaycan rayonlarında hava əsasən yağmursuz olacaq, lakin gecə Böyük və Kiçik Qafqazın bəzi ərazilərində şimşək çağacağı, qisamüddətli yağış yağacağı proqnozlaşdırılır.
Havanın temperaturu iyulun 6-da gecə 18-23, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 21-26 dərəcə, iyulun 7-də gecə 19-24, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 23-28 dərəcə isti olacaq.
Azərbaycan ərazisində yaxın 2 gündə hava şəraiti mülayimləşəcək, temperatur bir neçə dərəcə yüksələcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, iyulun 6-da və 7-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq, şimal-qərb küləyi əsəcək, arabir nisbətən güclənəcək.