...

DSMF-nin Yasamal rayon şöbəsinin yeni inzibati binası əhalinin istifadəsinə verilib (FOTO)

Cəmiyyət Materials 8 İyul 2013 12:18 (UTC +04:00)
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Yasamal rayon şöbəsinin yeni inzibati binasının açılış mərasimi keçirilib.
DSMF-nin Yasamal rayon şöbəsinin yeni inzibati binası əhalinin istifadəsinə verilib (FOTO)

Azərbaycan, Bakı, 8 iyul /Trend/

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Yasamal rayon şöbəsinin yeni inzibati binasının açılış mərasimi keçirilib. Fondun İctimaiyyətlə əlaqə sektorundən Trend-ə daxil olan məlumata görə, toplantıda DSMF-nin sədri Səlim Müslümov, Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev iştirak ediblər. Onlar ölkəmizdə əhalinin sosial müdafiəsini gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərdən danışıblar.

Vurğulanıb ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin cənab Prezident İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində ölkənin sosial-iqtisadi həyatının bütün sahələrində böyük nailiyyətlər əldə edilib, sosial sığorta və pensiya təminatı sahəsində uğurlu islahatlar aparılıb, pensiya və müavinətlərin artırılması, pensiyaçılara dövlət qayğısının gücləndirilməsi istiqamətində mühüm işlər görülüb.

DSMF sədri Səlim Müslümov son illər Fondun maddi-texniki bazasının möhkəmləndirildiyini, infrastrukturun tamamilə yeniləndiyini önə çəkərək, ümumilikdə pensiyaçılara və sığortaolunanlara yüksək səviyyədə xidmət göstərmək və işçilərin əmək şəraitini yaxşılaşdırmaq məqsədi ilə respublikanın 70-dən yuxarı rayonunda yerli şöbələr üçün hər cür müasir avadanlıq və texniki vasitələrlə təmin olunmuş yeni inzibati binaların tikilib istifadəyə verildiyini vurğulayıb: "Hər bir rayon şöbəsində müasir informasiya texnologiyalarına əsaslanaraq yaradılan yeni baza elektron xidmətlərin tətbiq dairəsinin daha da genişlənməsinə, sığorta-pensiya sistemində vətəndaş-məmur münasibətlərinin azaldılmasına və sistemdəki bütün əməliyyatların avtomatlaşdırılmış qaydada həyata keçirilməsinə hesablanıb".

S.Müslümov avtomatlaşdırılmış pensiya təyinatına keçid üçün görülən işlərin tamamlanmaq üzrə olduğunu deyərək, bu prosesin yüksək səviyyədə icrası üçün yerli şöbələrin də üzərinə böyük məsuliyyətin düşdüyünü vurğulayıb: "Qurulan maddi-texniki baza artıq bizim yaxın günlərdə bu prosesə başlamağımıza tam imkan verir.

DSMF sədri yeni binada çalışacaq kollektivin qarşısında yaradılmış müasir standartlara uyğun olaraq əhaliyə yüksək xidmət göstərmək tələbini qoyub. Xüsusilə işləyən vətəndaşların sosial sığortaya cəlb olunması, bütövlükdə sığortaolunanların uçota alınması məsələlərinin şöbə işçilərinin qarşısında duran əsas vəzifə olduğu vurğulanıb.
Daha sonra tədbir iştirakçıları Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinin yeni inzibati binasında yaradılmış şəraitlə tanış olublar. Binada əhaliyə yüksək səviyyədə xidmət göstərilməsi üçün hər cür şərait yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti