...

İranda cinsi əlaqə ilə QİÇS-ə yoluxanların sayı artıb

Cəmiyyət Materials 10 İyul 2013 15:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir T.Cəfərov/

Ötən iki il ərzində İranda cinsi əlaqə ilə QİÇS-ə yoluxanların sayı 33 faizə qədər artıb. Trend-in ISNA agentliyinə istinadən məlumatına görə, bunu İranın Əmək və Sosial Müdafiə Nazirliyinin İctimai qayğıya ehtiyacı olan şəxslər üzrə idarəsinin rəisi Həsən Musəvi deyib.

Musəvi bildirib ki, 1986-cı ildən 2011-ci ilədək cinsi yolla QİÇS-ə yoluxmanın səviyyəsi 12 faiz təşkil edirdisə, bu göstərici 33 faizə qədər (2011-2012-ci illərdə) artıb və bu, təhlükəli bir vəziyyətdir.

Musəvi əlavə edib ki, həmin şəxslərdən 50 faizini 25-36 yaşlı gənclər təşkil edir.

Onun sözlərinə görə, rəsmi statistikaya əsasən, ölkədə 27 min nəfər QİÇS virusu daşıyıcısıdır və bu şəxslər əsasən cinsi əlaqə yolu ilə virusa yoluxublar.

İranın QİÇS ilə Mübarizə Komitəsi ölkədə cinsi əlaqə ilə QİÇS-ə yoluxma hallarının artması barədə xəbərdarlıq edib. Komitənin məlumatına görə, araşdırmalar göstərir ki, ölkədə 100 min nəfər QİÇS virusunun daşıyıcısıdır, lakin bu virusa yoluxanların yalnız 27 minə yaxını qeydiyyata alınıb. İran KİV-in məlumatına görə, bu virusa yoluxanların 75 faizi öz xəstəliklərindən xəbərsizdir.

Ötən il İranın sabiq səhiyyə naziri xanım Mərziyyə Vəhid Dəstcerdi ölkədə qeydiyyata alınmamış 93 min nəfər QİÇS virusu daşıyıcısının olduğunu demişdi.

QİÇS nadir xəstəliklərdəndir ki, İranda bir sıra mental və dini səbəblərə görə gizli saxlanılır, eləcə də insanlar bu xəstəliyin necə yayılması haqqında məlumatsız olduqlarından, bu ölkədə QİÇS-ə yoluxanların sayı kəskin artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti