...

Bakıda saxta elektrik kabel və naqillərinin satışının qarşısı alınıb

Cəmiyyət Materials 12 İyul 2013 16:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyul /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Əlişov Ülvi Əbülfət oğluna məxsus sexdə aparılan yoxlama zamanı saxta 175 min metr elektrik kabel və naqillər aşkar edilərək satışı dayandırılıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, satışı dayandırılmış saxta elektrik kabel və naqilləri Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə istifadəyə yararsız hala salınmaqla təkrar emala göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti