...

Abituriyentlərin imtahan mərkəzlərinə çatdırılması üçün pulsuz avtobuslar ayrılacaq

Cəmiyyət Materials 13 İyul 2013 14:42 (UTC +04:00)
Qəbul imtahanı keçirilməyən şəhər və rayonlarda yaşayan abituriyentlərin imtahan mərkəzlərinə çatdırılması üçün pulsuz avtobuslar ayrılacaq.
Abituriyentlərin imtahan mərkəzlərinə çatdırılması üçün pulsuz avtobuslar ayrılacaq

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 13 iyul /Trend/

Qəbul imtahanı keçirilməyən şəhər və rayonlarda yaşayan abituriyentlərin imtahan mərkəzlərinə çatdırılması üçün pulsuz avtobuslar ayrılacaq.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ali və orta ixtisas təhsili müəssisələrinə mərkəzləşdirilmiş qaydada qəbul imtahanlarının təşkili ilə əlaqədar tədbirlər ölkə rəhbərliyinin daim diqqət və qayğısı altındadır. 2013/2014-cü tədris ilində keçirilən imtahanlar da bu baxımdan istisna deyil. İmtahan materiallarının və prosesi idarə edən heyətin operativ, təhlükəsiz və rahat şəkildə mərkəzlərə çatdırılması üçün müvafiq tədbirlər həyata keçirilib.

Ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq qəbul imtahanı keçirilməyən şəhər və rayonlarda yaşayan abituriyentlərin imtahan mərkəzlərinə rahat şəkildə çatdırılması məqsədilə Respublikanın bütün şəhər və rayonlarında pulsuz avtobus xidmətləri təşkil olunub. Həmin avtobuslarla imtahan keçirilən şəhərə yola düşmək könüllüdür. Bunun üçün abituriyentlər imtahanda iştirak edəcəyini təsdiqləyən buraxılış vərəqəsini və şəxsiyyətini təsdiq edən sənədi təqdim etməklə qeyd olunan xidmətdən yararlanacaqlar. Avtobusların operativ hərəkətini təmin etmək məqsədilə onları Dövlət Yol Polisi müşayiət edəcəkdir. Abituriyentlərin imtahan başa çatdıqdan sonra yaşadıqları məntəqəyə qaytarılmaları da həmin avtobuslarla təmin olunacaq.

Xatırladaq ki, 2013/2014-cü tədris ili üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən ilk qəbul imtahanı iyulun 14-də III ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir.

İmtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində ümumilikdə 57 imtahan mərkəzində aparılacaq. III qrup üzrə 28939 abituriyent ərizə təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti