...

Azərbaycanda III ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri açıqlandı

Cəmiyyət Materials 16 İyul 2013 18:47 (UTC +04:00)
2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə iyulun 14-də keçirilmiş qəbul imtahanının nəticələri açıqlanıb.
Azərbaycanda III ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri açıqlandı

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 16 iyul /Trend/

2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə iyulun 14-də keçirilmiş qəbul imtahanının nəticələri açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hər bir abituriyent TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.

Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə bilərlər.

III ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 28 944 abituriyentdən 1125 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən 27 819 abituriyentdən 25 nəfəri imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

III ixtisas qrupu üzrə ixtisas seçimində aşağıdakı müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak ediblər:

- Ümumi balı 250-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayanlar;

- Dövlət sifarişli ixtisasların müsabiqəsində ümumi balı 350-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayanlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasların bəzi istiqamətləri üzrə müsabiqə şərtlərində dəyişiklik edilib.

10 153 abituriyent müsabiqə şərtini ödəyərək ixtisas seçiminə buraxılıb. 4 nəfər maksimal nəticə - 700 bal toplayıb.

Müsabiqədə iştirak etmək üçün qoyulan tələbləri ödəyən abituriyentlər avqustun 6-dan avqustun 15-dək "Abituriyentin elektron ərizəsi"ndə qəbul olmaq istədikləri ixtisasları seçib təsdiq etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti