...

Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti yeni tərkibdə ilk iclasını keçirib (FOTO)

Cəmiyyət Materials 18 İyul 2013 17:08 (UTC +04:00)
Bu gün Azərbaycan Mətbuat Şurası (MŞ) İdarə Heyətinin ölkə jurnalistlərinin VI qurultayında seçilmiş yeni tərkibinin ilk iclası keçirilib.
Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti yeni tərkibdə ilk iclasını keçirib (FOTO)

Azərbaycan, Bakı, 18 iyul /Trend/

Bu gün Azərbaycan Mətbuat Şurası (MŞ) İdarə Heyətinin ölkə jurnalistlərinin VI qurultayında seçilmiş yeni tərkibinin ilk iclası keçirilib.

Şuradan Trend-ə verilən məlumata görə, toplantını giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov İdarə Heyətinin üzvlərini təbrik edərək onlara qarşıdakı fəaliyyətində uğurlar arzulayıb.

Əvvəlcə MŞ İdarə Heyətinin yeni tərkibi təqdim olunub: jurnalist nümayəndələr - Əflatun Amaşov, Vüqar Rəhimzadə, Umud Mirzəyev, Rəşad Məcid, Bəxtiyar Sadıqov, Tapdıq Abbas, Aydın Quliyev, Rauf Arifoğlu; ictimaiyyət nümayəndələri - Vüqar Səfərli, Aqil Abbas, Müşfiq Ələsgərli, Cavanşir Feyziyev, Şamil Vəliyev, Musa Qasımlı; internet portallardan olan nümayəndələr - Vüsalə Mahirqızı, Azər Həsrət, Rasim Əliquliyev; İdarə Heyətinin ehtiyat üzvləri: jurnalist nümayəndələr - Yadigar Məmmədli, Akif Aşırlı; ictimaiyyət nümayəndələri - Nəsir Əhmədli, İlham İsmayılov; internet portallar - Sevda Həmidova.

İclasın gündəliyində duran ilk məsələ Şura sədrinin müavinlərinin seçilməsi olub. İH üzvü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu MŞ sədrinin jurnalistlərdən, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli ictimaiyyətdən olan müavinləri kimi təsdiqləniblər.

Komissiyaların müəyyənləşdirilməsi zamanı bildirilib ki, Mətbuat Şurasının Nizamnaməsinə uyğun olaraq, Şura sədrinin müavinləri növbəlilik əsasında Şikayətlər üzrə Komissiyaya rəhbərlik etməlidirlər. İlk iki ildə bu vəzifənin icrası U.Rəhimoğluna həvalə olunub. MŞ İdarə Heyətinin üzvləri - "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas, Orta Asiya və Guney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Aqil Abbas və Cavanşir Feyziyev, həmçinin BDU-nun Jurnalistika fakultəsinin dekanı Şamil Vəliyev birinci müddətə komissiyanın üzvü olaraq təsdiqləniblər.

V.Rəhimzadənin "Reket jurnalistika"ya qarşı mübarizə, T.Abbasın Bölgə mətbuatının inkişafı üzrə, Ş.Vəliyevin Təhsil, M.Ələsgərlinin Sosial, BDU-nun professoru Nəsir Əhmədlinin Dil, C.Feyziyevin Beynəlxalq əlaqələr komissiyalarına, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədlinin Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasına sədrliyi məqbul sayılıb. İclasda bu komissiyalarla yanaşı, MŞ-nin "Apellyasiya qrupu"nun tərkibi də formalaşdırılıb.

Toplantının gündəliyində duran növbəti məsələ MŞ-nin Ali Media Mükafatının təqdimatı ilə əlaqədar olub. Müzakirələrdən sonra mükafatın əsasnaməsinə uyğun şəkildə mükafatın birinci dərəcəsi üzrə bir, ikinci dərəcəsi üzrə üç, üçüncü dərəcəsi üzrə beş laureat müəyyənləşdirilib. Onların adlarının MŞ-nin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 22 iyul - Milli Mətbuat Günü ilə bağlı birgə keçirəcəyi mərasimdə açıqlanması qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti