...

Yerevanda nəqliyyatda gediş haqqının artırılmasına qarşı etiraz aksiyası keçirilir

Cəmiyyət Materials 19 İyul 2013 14:36 (UTC +04:00)
Yerevan meriyasının inzibati binası qarşısında ictimai nəqliyyatda gediş haqqının artırılmasına etiraz olaraq "Xəbərdarlıq aksiyası" keçirilir.
Yerevanda nəqliyyatda gediş haqqının artırılmasına qarşı etiraz aksiyası keçirilir

Azərbaycan, Bakı, 19 iyul /Trend/

Yerevan meriyasının inzibati binası qarşısında ictimai nəqliyyatda gediş haqqının artırılmasına etiraz olaraq "Xəbərdarlıq aksiyası" keçirilir.

Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları meriyanın girişinə 50 dramlıq qəpiklər atıb, sonra binaya girişi bağlamağa cəhd ediblər, lakin polis onları ərazidən uzaqlaşdıra bilib.

Aksiya iştirakçıları bildiriblər ki, bu əsassız qiymət artımı ilə razılaşmayacaqlar və ölkə əhalisinin əksəriyyətinin gediş haqqını əvvəlki tarif üzrə ödəməsinə çalışacaqlar.

Qeyd edək ki, iyulun 20-də Yerevanda ictimai nəqliyyatda gediş qiyməti 50 faiz artırılaraq 100 dramdan 150 drama çatdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti