...

Ermənistanda çörəyin qiyməti bahalaşıb

Cəmiyyət Materials 23 İyul 2013 15:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul /Trend/

Ermənistanda qaz və elektrik enerjisinə görə tariflər artırıldığından son 3 gün ərzində Yerevan və yaxınlıqdakı şəhərlərdə çörəyin qiyməti bahalaşıb.

Trend-in çərşənbə axşamı Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, qiymətlər orta hesabla 10-20 dram, xüsusilə çörəyin qiyməti 10 dram bahalaşıb.

Bahalaşma bütün mağazalarda müşahidə edilmir, lakin bu tendensiyanın yaxın vaxtlarda həy yerə yayılacağı gözlənilir. Ərzaq mağazalarının əməkdaşlarının bildirdiklərinə görə, demək olar ki, bütün ərzaq məhsullarının qiymətləri bahalaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti