...

Bu il 122 nəfər modul tədris üsulu ilə yeni peşələrə yiyələnib

Cəmiyyət Materials 24 İyul 2013 17:19 (UTC +04:00)
Cari ilin 6 ayı ərzində 122 nəfər işsiz və işaxtaran vətəndaş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən modul təlim üsulu əsasında təşkil olunmuş peşə hazırlığı kurslarına cəlb edilib.
Bu il 122 nəfər modul tədris üsulu ilə yeni peşələrə yiyələnib

Azərbaycan, Bakı, 24 iyul /Trend/

Cari ilin 6 ayı ərzində 122 nəfər işsiz və işaxtaran vətəndaş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən modul təlim üsulu əsasında təşkil olunmuş peşə hazırlığı kurslarına cəlb edilib. Onlar Bakı və Göyçay Reqional Peşə Tədrisi Mərkəzlərində inkişaf etmiş ölkələrin peşə tədrisi standartlarına uyğun şəkildə yeni peşələrə yiyələniblər.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, müdavimlərin 16 nəfəri əməlyyatçı mühasib, 36 nəfəri elektrik qaynaqçısı, 24 nəfəri dərzi, 12 nəfəri ikinci dairə üzrə elektrik quraşdırıcısı, 22 nəfəri frezerçi, 12 nəfəri modul təlimi ilə tornaçı peşələrinə sahiblənib.

Qeyd edək ki, Azərbaycan hökuməti ilə BMT-nin İnkişaf Proqramı arasında imzalanmış "Sosial müdafiənin inkişafı" layihəsi çərçivəsində əmək bazarında rəqabət qabiliyyətli 15 peşə üzrə modul tədris proqramları hazırlanıb. Həmin proqramlar çərçivəsində hazırlanmış peşə kurslarına son üç ildə 1076 nəfər cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti