...

“Nizami Gəncəvi beynəlxalq mükafatı” İordaniya kraliçasına təqdim edilib

Cəmiyyət Materials 29 İyul 2013 05:01 (UTC +04:00)
“Nizami Gəncəvi beynəlxalq mükafatı” İordaniya kraliçasına təqdim edilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən Trend-ə verilən məlumata görə, o, bu münasibətlə Vaşınqtonda qəbul verib.
“Nizami Gəncəvi beynəlxalq mükafatı” İordaniya kraliçasına təqdim edilib

Azərbaycan, Bakı, 29 iyul /Trend/

"Nizami Gəncəvi beynəlxalq mükafatı" İordaniya kraliçasına təqdim edilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən Trend-ə verilən məlumata görə, o, bu münasibətlə Vaşınqtonda qəbul verib.

İordaniya Kraliçası Ülyahəzrət Nur Azərbaycan Respublikası Prezidentinin himayəsi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu tərəfindən Bakıda təşkil olunan "Cənubi Qafqaz Forumunda" iştirak etməsindən son dərəcə məmnun qaldığını deyib.

"Bakıda qədim memarlığın qorunması və müasir tikililərində keçmişi özündə əks etdirməsi məni valeh edib" - deyə Ülyahəzrət bildirib.

İordaniya Kraliçası Ülyahəzrət Nur Nizami Gəncəvinin qeyri-adi şair olduğunu, əsərlərinin bu gün də aktuallığını itirmədiyini deyib.

Nizami Gəncəvi yaradıcılığının təkcə Azərbaycanla yox, bütün dünya ədəbi fikir tarixi ilə bütövləşdiyini qeyd edən Kraliça Nur dahi şairin mədəniyyətlərarası anlaşmaya böyük töhfələr verdiyini bildirib.

"Nizami Gəncəvinin hamimiz üçün əhəmiyyətli olan - mədəniyyətlərarası anlaşma, sülhlə yaşamaq, gender bərabərliyi, insanların eyni hüquqlara malik olmasını təbliğ etməsi bəşəriyyətin inkişafında əvəzsiz izini buraxıb" - deyə o əlavə edib.

Qeyd edək ki, qısa zaman ərzində yaranmasına baxmayaraq Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Nizami Gəncəvinin böyük xəzinəsinin qorunaraq təbliğ olunmasına yeni nəfəs verib. Dünyanın tanınmış liderlərinin bu kimi bəşəri ideyanın ətrafında birləşməsini ancaq təqdir etmək olar.

Azərbaycan Respublikası Prezidentinin himayəsi və dəstəyinin olması Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinin uğurla davam etməsinə ən böyük dəstək və Azərbaycan mədəniyyətinə olan qayğıdır.

İordaniya Kraliçası Ülyahəzrət Nur diqqətə çatdırıb ki, bu gün Mərkəzin təşəbbüsü ilə müsəlman dünyasının ən nüfuzlu elm və mədəniyyət siması sayılan İsmail Seragəldinin Nizami Gəncəviyə həsr etdiyi "The Poetry of the Magnificent Sage" kitabı və DVD-ni görmək çox sevindiricidir, təqdirəlayiqdir. Çünki, bu, daha böyük kütlənin Nizamini anlamağa kömək edəcək.

"Nizami Gəncəvi Beynəlxalq Mükafatı"nı almaqdan çox təsirləndiyi bildirən İordaniya Kraliçası Ülyahəzrət Nur Mərkəzin Fəxri üzvü kimi bundan sonrada qurumun inkişaf etdirilməsi üçün Qəyyumlar Şurasının digər üzvləri ilə birgə bütün dəstəyini və təcrübəsini istifadə edəcəyini bildirib.

Mərkəz Şərq və Qərb dünyası arasında ehtiyac duyulan önəmli körpu rolunu oynayaraq, dinlər və mədəniyyətlərarası dialoqa böyük töhfə verməkdədir. Xüsusi olaraq, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 16-17 iyul Bakıda İsgəndəriyyə Kitabxanası, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Madrid Klubu, Foundation for the Culture of Peace birgə keçirilmiş "Road Map" toplantısı haqqında ətraflı məlumat verilib və İordaniya Kraliçası Ülyahəzrət Nurun razılığı və himayəsi ilə Amerikada da bir sıra toplantıların keçirilməsi razılaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti