...

Türkiyədə yeni evlənənlərə güzəştli kreditlər vermək təklif edilir

Cəmiyyət Materials 30 İyul 2013 15:00 (UTC +04:00)
Türkiyədə yaxın vaxtlarda 25 yaşınadək ailə həyatı quranlara güzəştli kreditlərin verilməsini nəzərdə tutan qanun qəbul ediləcək.
Türkiyədə yeni evlənənlərə güzəştli kreditlər vermək təklif edilir

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir A.Tağıyeva/

Türkiyədə yaxın vaxtlarda 25 yaşınadək ailə həyatı quranlara güzəştli kreditlərin verilməsini nəzərdə tutan qanun qəbul ediləcək. Bu barədə Trend "Sabah" qəzetinə istinadən məlumat verir.

Qanun layihəsinə əsasən, 25 yaşınadək nikaha daxil olan Türkiyə vətəndaşları 10 min lirə həcmində kreditlər alacaqlar. Kreditlərin ödənilməsinə iki ildən sonra başlamaq mümkün olacaq.

Bu qanun layihəsinin təşəbbüskarı Türkiyə Baş nazirinin müavini Əli Babacan, ailə və sosial siyasət məsələləri üzrə nazir Fatma Şahin və maliyyə naziri Mehmet Şimşəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti