...

Azərbaycanda dövlət dilinin istifadəsi ilə bağlı yaranan problemləri "qaynar xətt"ə ünvanlamaq mümkün olacaq

Cəmiyyət Materials 30 İyul 2013 17:46 (UTC +04:00)
Azərbaycanda dövlət dilinin istifadəsində yaranan problemlərə dərhal reaksiya vermək məqsədilə "qaynar xətt" yaradılır.
Azərbaycanda dövlət dilinin istifadəsi ilə bağlı yaranan problemləri "qaynar xətt"ə ünvanlamaq mümkün olacaq

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycanda dövlət dilinin istifadəsində yaranan problemlərə dərhal reaksiya vermək məqsədilə "qaynar xətt" yaradılır.

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov çərşənbə axşamı Trend-ə bildirib ki, insanlar hardasa dil ilə bağlı problem görsələr, "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"na müvafiq olaraq Rabitə və İnformasiya Texno­logi­ya­la­rı Nazirliyinin iştirakı ilə yerli icra hakimiyyəti orqanlarında fəaliyyət göstərəcək "qaynar xətt"ə müraciət edə bilərlər.

Millət vəkili qeyd edib ki, "qay­nar xətt" Azərbaycan dilinin dövlət dili kimi inkişafında və dilin təmiz­liyinin qorunmasında, eləcə də ədəbi dilin normaları­na əməl olunmamasının, reklamlarda, ictimai iaşə ob­yekt­lə­rin­də Azərbay­can dilinin leksik və qrammatik qayda­la­rı­nın pozul­ma­sının qarşısının alınmasında ictimaiyyətin iştirakının təmin edilməsi və operativ tədbirlər görülməsi məqsədilə yaradılır.

Cəfərov vurğulayıb ki, ən mühüm məsələlərdən biri dövlət və cəmiyyət arasında dilin qorunması ilə bağlı əlaqələrin gücləndirilməsidir:

"Dil milli, ictimai təfəkkürün və düşüncənin inkişafı fonunda diqqətdən kənarda qala bilməz. Qloballaşma prosesi şəraitində dilin qorunması və inkişaf etdirilməsi probleminə iki cür yanaşma mövcuddur. Bu yanaşmalardan biri milli xüsusiyyətlərin, o cümlədən dilin qorunub saxlanmasından ibarətdir, ikinci yanaşma isə ölkənin və onun dilinin dünyaya açıq olması məsələsidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti