...

Azərbaycanda havanın temperaturu nisbətən yüksələcək

Cəmiyyət Materials 1 Avqust 2013 12:39 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, avqustun 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, yağmursuz olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi axşam arabir güclənəcək.
Azərbaycanda havanın temperaturu nisbətən yüksələcək

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir M.Əliyev/

Sabahdan Azərbaycanda havanın temperaturu nisbətən yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, avqustun 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, yağmursuz olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi axşam arabir güclənəcək.

Temperatur gecə 19-24 dərəcə, gündüz 29-34 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 2-də hava əsasən yağmursuz olacaq, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Temperatur Aran rayonlarında gecə 18-23 dərəcə, gündüz 31-36 dərəcə, dağlarda gecə 10-15 dərəcə, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti