...

ABŞ səfiri: Azərbaycanlılar əsrlər boyu müxtəlif dini etiqadlara və milli azlıqlara hörmət hissi ilə yanaşıb

Cəmiyyət Materials 1 Avqust 2013 21:14 (UTC +04:00)
Azərbaycanlılar əsrlər boyu müxtəlif dini etiqadlara və milli azlıqlara hörmət hissi ilə yanaşıb.
ABŞ səfiri: Azərbaycanlılar əsrlər boyu müxtəlif dini etiqadlara və milli azlıqlara hörmət hissi ilə yanaşıb

Azərbaycan, Bakı, 1 avqust/ Trend S.Əhmədova/

Azərbaycanlılar əsrlər boyu müxtəlif dini etiqadlara və milli azlıqlara hörmət hissi ilə yanaşıb. Bunu bugün ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar iftar süfrəsi münasibəti ilə keçirilən tədbirdə jurnalistlərə açıqlamasında bildirib.

"ABŞ-ın Azərbaycandakı səfiri kimi bu axşam iftar süfrəsinə ev sahibliyi etmək mənin üçün böyük bir şərəfdir. Bilirəm ki, Ramazan ayı müsəlmanlar üçün ən müqəddəs ay hesab olunur. " Morninqstar qeyd edib.

Səfir qeyd edib ki, bu ay ərzində müsəlmanlar öz bədənlərini və cisimlərini növbəti il üçün yeniləyirlər. Bu axşam bu bayramı iftar süfrəsi vasitəsi ilə qeyd etməkdən çox məmnunam.

"Böyük sevinc hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycanlılar əsrlər boyu müxtəlif dini etiqadlara və milli azlıqlara hörmət hissi ilə yanaşmışdır və bunlar arasında hörmət hissi olmuşdur. Bu axşam məhz bu xüsusiyyəti də biz burada vurğulamaq istəyirik"- səfir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti