Azərbaycan, Bakı, 7 avqust /Trend/
Bakının mərkəzində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Bakı şəhəri Yasamal rayonu Kənar Dairəvi küçəsindən keçən 500 mm diametrli magistral su xəttinin qəzalı vəziyyətdə olan 7 metrlik hissəsi dəyişdirilir.
Bununla əlaqədar avqustun 7-də gün ərzində paytaxtın Səbail və Yasamal rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.