Azərbaycan, Bakı, 8 avqust /Trend/
Mütəmadi olaraq, Korporativ Sosial Məsuliyyət (KSM) layihələri həyata keçirən "Bank Technique" avqustun 7-də Gəncə şəhərindəki filialı vasitəsilə Pensiyaçılara Ərazi Sosial Xidmət Mərkəzində Ramazan bayramı münasibətilə ahıl və xüsusi qayğıya ehtiyacı olan 100-dən çox insanın iştirakı ilə süfrə açıb.
Gəncə Pensiyaçılara Ərazi Sosial Xidmət Mərkəzinin rəhbərliyi "Bank Technique"in bu addımını yüksək qiymətləndirərək, banka sosial məsuliyyətli nümunəvi bank kimi təşəkkürünü bildirib.