...

Azərbaycana yeni qədim əlyazma gətirilib

Cəmiyyət Materials 15 Avqust 2013 16:53 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutu ölkəyə yeni qədim əlyazma gətirib.
Azərbaycana yeni qədim əlyazma gətirilib

Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutu ölkəyə yeni qədim əlyazma gətirib. Bu barədə Trend-ə institutun direktor əvəzi Paşa Kərimov məlumat verib.

O bildirib ki, 15-ci əsr osmanlı şairi Ətainin Nizami Gəncəvinin təsiri ilə türkcə yazdığı "Miniatürlü xəmsə" əsərinin bir nüsxəsinin surəti ABŞ-ın Merilend ştatının Baltimor şəhərindəki Volters İncəsənət Muzeyindən Azərbaycana gətirilib. Nəfis əlyazma olan həmin nüsxə 340 səhifədən ibarətdir.

P.Kərimovun sözlərinə görə, Qacar şahzadəsi Nadir Mirzə Qacarın qədim milli xörəklərimizin reseptlərindən ibarət "Karnamə" adlı kitabı fars dilindən tərcümə edilərək çap edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti