...

IDEA kampaniyası insanları kimsəsiz heyvanları qorumağa səsləyir (FOTO)

Cəmiyyət Materials 16 Avqust 2013 20:01 (UTC +04:00)
IDEA (International Dialogue for Environmental Action) kampaniyası insanları kimsəsiz heyvanların müdafiəsinə səsləmək məqsədilə “Şəhər biosenozlarının qorunması” mövzusunda elmi seminar təşkil edib.
IDEA kampaniyası insanları kimsəsiz heyvanları qorumağa səsləyir (FOTO)

Azərbaycan, Bakı, 16 avqust /Trend/

IDEA (International Dialogue for Environmental Action) kampaniyası insanları kimsəsiz heyvanların müdafiəsinə səsləmək məqsədilə "Şəhər biosenozlarının qorunması" mövzusunda elmi seminar təşkil edib.

IDEA kampaniyasından Trend-ə daxil olan məlumata görə, seminar hər il 16 avqust tarixində qeyd olunan "Kimsəsiz Heyvanlar Günü"ə həsr olunub.

İnteraktiv şəkildə təşkil olunmuş seminar Azərbaycan Oriontoloji Cəmiyyətinin sədri, biologiya elmləri üzrə fəlsəfə doktoru Elçin Sultanovun ekspertliyi ilə baş tutub.

Seminar zamanı qeyd olunub ki, hər il dünyada 5-7 milyon heyvan kimsəsiz heyvanlar üçün nəzərdə tutulmuş sığınacaqlara yerləşdirilir. Bu cür tədbirlərin görülməsinə baxmayaraq, hər il 3-4 milyon kimsəsiz it və pişik məhv olur. Bəşəriyyətə bu cür itkilərdən olduqca böyük ziyan dəyir.

Ekoloji mühitin qorunması üzrə regional və beynəlxalq əməkdaşlıq şəbəkəsi yaratmağı özünün əsas məqsədlərindən birinə çevirmiş IDEA (International Dialogue for Environmental Action) kampaniyası dünyada bitki və heyvan növlərinin qorunması istiqamətində insanları daha diqqətli olmağa, bioloji balansın önəmini anlamağa və onu qoruyub saxlamağa səsləyir.

Xatırladaq ki, IDEA (International Dialogue for Environmental Action) kampaniyası 2011-ci il iyulun 11-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti