...

Azərbaycanın bəzi ərazilərində yağış yağacaq

Cəmiyyət Materials 21 Avqust 2013 12:30 (UTC +04:00)
Sabah Azərbaycanın bəzi ərazilərində yağış yağacaq.
Azərbaycanın bəzi ərazilərində yağış yağacaq

Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir İ.İsabalayeva/

Sabah Azərbaycanın bəzi ərazilərində yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, Bakıda və Abşeron yarımadasında avqustun 22-də hava dəyişkən buludlu, günün birinci yarısında havanın arabir tutulacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində qısa müddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturunun gecə 19-24, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

Avqustun 22-də Azərbaycanın bəzi şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 32-37, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti