Azərbaycan, Bakı, 22 avqust /Trend/
Əlilliyi olan şəxslərin bütün sahələrdə olduğu kimi, reabilitasiya vasitələri ilə təminatı sahəsində də işlər son on ildə yüksələn xətlə davam etdirilib. Bu barədə cümə axşamı Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2003-cü ildə əlilliyi olan şəxslər 419 əlil arabası, 1455 protez-ortez məmulatı ilə təmin edilmişdirsə, 2012-ci il üçün bu rəqəmlər müvafiq olaraq 1358 ədəd və 2394 ədəd olub. Cari ilin 6 ayında isə əlilliyi olan şəxslər 470 ədəd əlil arabası, 1419 ədəd protez-ortez məmulatı ilə təmin edilib.
Ümumilikdə, son 10 ildə əlillərə 8 mindən çox əlil arabası, 23582 protez-ortez məmulatı, 132300-dən çox digər reabilitasiya vasitələri verilib.