...

TQDK Qırğızıstan-Türkiyə Manas Universitetində təhsil almaq istəyənlər üçün müsabiqə elan edib

Cəmiyyət Materials 23 Avqust 2013 16:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Qırğızıstan-Türkiyə Manas Universitetində təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edib.

Komissiyadan Trend-ə verilən məlumata görə, müsabiqə Qırğızıstan-Türkiyə Manas Universitetinin psixologiya, sosiologiya, kompyuter mühəndisliyi, iqtisadiyyat və turizm ixtisasları üzrə aparılır.

Kompyuter mühəndisliyi və psixologiya ixtisasları üzrə müsabiqədə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Sosiologiya, iqtisadiyyat və turizm ixtisasları üzrə müsabiqədə isə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyənlər avqustun 26-dan 30-dək bir həftə ərzində TQDK-ya müraciət edə bilərlər. Müsabiqədən uğurla keçən 10 abituriyent Manas universitetində dövlət sifarişi əsasında təhsil alacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti