...

Avropa Gimnastika İttifaqının prezidenti Bakıda Avropa çempionatı və Avropa Oyunlarına hazırlıqdan məmnundur (FOTO)

Cəmiyyət Materials 28 Avqust 2013 19:43 (UTC +04:00)
Avropa Gimnastika İttifaqının prezidenti Jorj Qelzek Avropa çempionatı və Bakıda keçiriləcək Avropa oyunları üçün nəzərdə tutulan arenaya baxışın nəticəsinə görə məmnunluğunu ifadə edib.
Avropa Gimnastika İttifaqının prezidenti Bakıda Avropa çempionatı və Avropa Oyunlarına hazırlıqdan məmnundur (FOTO)

Azərbaycan, Bakı, 28 avqust /Trend /

Avropa Gimnastika İttifaqının prezidenti Jorj Qelzek Avropa çempionatı və Bakıda keçiriləcək Avropa oyunları nəzərdə tutulan arenaya baxışın nəticəsinə görə məmnunluğunu ifadə edib.

Qelzek bildirib: "Mən artıq üç gündür ki, Bakıdayam. Mənim burada olmağımın əsas səbəbi bədii gimnastika üzrə Avropa çempionatının, o cümlədən Avropa Oyunları çərçivəsində gimnastika, trambilinq və batut üzərində tullanma yarışlarının keçiriləcəyi arena ilə tanış olmaqdır. Oyunların Təşkilat Komitəsi, MOK və Gənclər və İdman Nazirliyinin nümayəndələri ilə görüşmüşəm".

Onun sözlərinə görə, adətən böyük yarışlar zamanı ixtisaslaşdırılmamış arenalar icarəyə götürülür.

"Burada hər şey gimnastlara rahat olması üçün düşünülüb. Həmçinin "kənd" də yaxşı yerdə yerləşir, o düz zalın yaxınlığındadır. Yeri gəlmişkən, görülən işlərin sürəti və keyfiyyəti müsbət mənada məni heyrətləndirdi. Əminəm ki, Bakıdan sonra həm Avropa çempionatı, həm də Avropa oyunları keçirmək çox çətin olacaq. Mən artıq Avropa çempionatı zamanı Azərbaycanda olmuşam, yarışın təşkil olunmasındakı inkişaf hər dəfə məni heyrətləndirir".

Qelzek, həmçinin etiraf edib ki, Avropa Gimnastika İttifaqı oyunların proqramına daha iki qeyri-olimpiya növü - idman aerobikası və akrobatikanı daxil etmək istəyir, lakin son qərarı Oyunların Təşkilat Komitəsi və Avropa Olimpiya Komitəsi verir.

Gelzek əlavə edib: "Eyni zamanda idmançıların sayı 442 nəfəri keçməməlidir".

Gələn il keçiriləcək Avropa çempionatı həm də Avropa Oyunları üçün lisenziya xarakteri daşıyacaq, Gelzekin özü isə hesab edir ki, Azərbaycan idman gimnastikası üzrə Avropa çempionatını da keçirə bilər: "İndiyə qədər Azərbaycan bədii gimnastika üzrə birincilikləri qəbul edib, lakin sizin ölkə idman gimnastikası üzrə Avropa çempionatının keçirilməsi üçün də ərizə verir. Bunun üçün bütün şərtlər var".

Qelzek vurğulayıb: "Düzünü desəm, mən hələ bədii gimnastikanın Olimpiya proqramından çıxarılması barədə eşitməmişəm. Təbii ki, bu aqibətin güləşə toxunacağını da az adam düşünürdü, lakin mən düşünürəm ki, ən möhtəşəm növ kimi biz Olimpiya siyahısında olacayıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti