...

Mikayıl Cabbarov: Bu ildən etibarən kitab fondu layihəsi həyata keçiriləcək

Cəmiyyət Materials 30 Avqust 2013 12:09 (UTC +04:00)
Müasir qloballaşan dünyada bilikli, yaradıclıq istedadı olan şəxslərin sayının artırılması gələcəyə sərmayədir. Trend-in məlumatına görə, bunu cümə günü Bakıda ASAİF-in XI Yay Forumunda çıxışı zamanı Azərbaycan təhsil naziri Mikayıl Cabbarov deyib.
Mikayıl Cabbarov: Bu ildən etibarən kitab fondu layihəsi həyata keçiriləcək

Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir İ.İsabalayeva/

Müasir qloballaşan dünyada bilikli, yaradıclıq istedadı olan şəxslərin sayının artırılması gələcəyə sərmayədir. Trend-in məlumatına görə, bunu cümə günü Bakıda ASAİF-in XI Yay Forumunda çıxışı zamanı Azərbaycan təhsil naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarov bildirib ki, əgər tələbələrimiz dünyanın ən yaxşı ali təhsil ocağında bilik əldə edirsə, Azərbaycanın təbliğatının aparılmasını həyata keçirirsə, vətənə dönərək öz bacarıqlarından istifadə edərək Azərbaycanın inkişafına səylərini sərf edirlərsə, demək investisiyalar düzgün yatırdırılır.

Təhsil naziri qeyd edib ki, əsas məsələ ölkəyə qayıdan gənclərdən düzgün faydalanmaqdır, onların cəmiyyətə inteqrasiya olmasına yardımçı olmaqdır, dövlət sektorunda onların sayının artırılmasıdır: "Biz çalışıq ki, gələcəkdə də xaricə təhsil üçün qəbul imtahanlarını maksimum səviyyədə şəffaf keçirək".

Nazir, həmçinin qeyd edib ki, bu ildən etibarən kitab fondu layihəsi həyata keçiriləcək. Bu layihənin məqsədi odur ki, hər bir kitabxanada Azərbaycan barədə təqdidatları özndə əks etdirən kitabxana olsun.

Qeyd edək ki, forum çərçivəsində müxtəlif panellərdə "Azərbaycan gəncliyi 2011-2015 ci illərdə dövlət proqramı", "2007-2015 ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə dövlət proqramı", "Gənclik , lobbiçilik, xaricdə təmsilçilik və Qarabağ" və sair mövzularda debatlar keçiriləcək. Forum sabah da davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti