...

Bu gündən kolleclərin boş qalan plan yerlərinə yenidən qəbul aparılır

Cəmiyyət Materials 9 Sentyabr 2013 10:04 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu gündən tam və ümumi orta təhsil bazasından orta ixtisas müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq üçün ixtisas seçimi aparır.
Bu gündən kolleclərin boş qalan plan yerlərinə yenidən qəbul aparılır

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu gündən tam və ümumi orta təhsil bazasından orta ixtisas müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq üçün ixtisas seçimi aparır. Komissiyadan Trend-ə verilən məlumata görə, ixtisas seçimi sentyabrın 9-dan sentyabrın 12-dək internet vasitəsi ilə aparılır.

11 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi müsabiqəsində ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilmiş qəbul imtahanlarında topladığı bal 100-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi müsabiqəsində ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə avqustun 25-də keçirilmiş qəbul imtahanlarında topladığı ümumi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. İmtahanın nəticələrinə görə orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş abituriyentlər müsabiqədə iştirak edə bilməzlər.

Boş qalmış plan yerlərinin siyahısı "Abituriyent" jurnalının xüsusi buraxılışlarında təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti