...

Nazir müavini: Bu ay Bakıda ictimai nəqliyyatda yeni ödəniş sisteminin tətbiqi planlaşdırılır

Cəmiyyət Materials 10 Sentyabr 2013 14:22 (UTC +04:00)
Nəqliyyat Nazirliyi bu ay ərzində Bakıda ictimai nəqliyyatda kart ödəniş sisteminin tətbiqi üçün fəal işlər aparır.
Nazir müavini: Bu ay Bakıda ictimai nəqliyyatda yeni ödəniş sisteminin tətbiqi planlaşdırılır

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir E. İsmayılov/

Nəqliyyat Nazirliyi bu ay ərzində Bakıda ictimai nəqliyyatda kart ödəniş sisteminin tətbiqi üçün fəal işlər aparır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə nəqliyyat nazirinin müavini Musa Pənahov deyib.

Onun sözlərinə görə, plastik kartlardan məlumatların hesablanması üçün zəriri olan validatorlar (kart aparatı) artıq təqribən 700 avtobusda quraşdırılıb və bu qurğuların quraşdırılması üzrə işlər indi də aparılır.

M. Pənahov qeyd edib ki, xüsusi kartların hazırlanması və onların əhali arasında paylanması üzrə işlər görülür: "Hazırda bu layihə çərçivəsində artıq sentyabrda yeni sistemə keçidi təmin etmək üçün aktiv işlər aparılır".

Nazir müavini ictimai nəqliyyatda yeni ödəniş sisteminə keçid prosesində kiçik yubanmaları validatorların alınması prosesilə əlaqələndirib.

Onun sözlərinə görə, xeyli sayda validatorun tədarükü üzrə çalışmalar aparılıb: "Məqsəd daha çox sayda marşrutu validatorlarla əhatə etməkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti