...

Azərbaycanda elmi tədqiqatların keyfiyyəti müəyyənləşəcək

Cəmiyyət Materials 11 Sentyabr 2013 15:33 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası elmi tədqiqatların keyfiyyətini müəyyənləşdirəcək.
Azərbaycanda elmi tədqiqatların keyfiyyəti müəyyənləşəcək

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası elmi tədqiqatların keyfiyyətini müəyyənləşdirəcək.

AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Hacıyev Trend-ə bildirib ki, bununla bağlı informasiya texnologiyası işlənib hazırlanıb. Hazırda müvafiq məlumatlar toplanılır. Bu məlumatlar toplandıqdan sonra elmi tədqiqatların keyfiyyətinin müəyyənləşdirilməsinə başlanacaq. Elmi tədqiqatların keyfiyyətinin yoxlanması ilə AMEA-da yaradılan xüsusi komissiya məşğul olacaq. Bu iş ölkədə həyata keçirilən bütün elmi tədqiqatları əhatə edəcək.

Dünyada bu prosesin aparıldığını deyən A.Hacıyev elmi tədqiqatların keyfiyyətlərini müəyyənləşdirməyin çox mürəkkəb bir proses olduğunu söyləyib.

O, Azərbaycanda da elmi tədqiqatların keyfiyyətinin müəyyənləşdirilməsini elm üçün çox önəmli məsələ sayıb: "Azərbaycanda elm dövlət tərəfindən maliyyələşdirilir. Ona görə də dövlət bilməlidir ki, elmdə hansı istiqamət inkişaf edir və hansı istiqamətə maraq necədir, Azərbaycanda hansı istiqamətlərdə keyfiyyətli işlər görülür?"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti