...

Azərbaycanda kolleclərin boş qalan plan yerlərinə sənəd verən abituriyentlərin sayı açıqlanıb

Cəmiyyət Materials 13 Sentyabr 2013 11:26 (UTC +04:00)
Azərbaycanda tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə aparılan əlavə yerləşdirmədə iştirak etmək üçün ərizə verən abituriyentlərin sayı açıqlanıb.
Azərbaycanda kolleclərin boş qalan plan yerlərinə sənəd verən abituriyentlərin sayı açıqlanıb

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə aparılan əlavə yerləşdirmədə iştirak etmək üçün ərizə verən abituriyentlərin sayı açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, 9 illik təhsil bazasında orta ixtisas təhsili müəssiələrinə qəbul olmaq üçün 6567, 11 illik təhsil bazasından orta ixtisas təhsili müəssiələrinə qəbul olmaq üçün 803 nəfər ərizəsini təsdiqlədib. Tam və ümumi orta təhsil bazasından orta ixtisas müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq üçün ixtisas seçimi bu gün yekunlaşıb. İxtisas seçimi sentyabrın 9-dan sentyabrın 13-dək internet vasitəsi ilə aparılıb.

11 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi müsabiqəsində ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilmiş qəbul imtahanlarında topladığı bal 100-dən az olmayan abituriyentlər iştirak ediblər.

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi müsabiqəsində ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə avqustun 25-də keçirilmiş qəbul imtahanlarında topladığı ümumi balı 10-dan az olmayan abituriyentlər iştirak ediblər.

İxtisas seçimi müsabiqəsinin nəticələri yaxın 2 gün ərzində açıqlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti