...

Azərbaycanda yeni dərs ilinin ilk günündə hava necə olacaq?

Cəmiyyət Materials 13 Sentyabr 2013 16:34 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyinin sürəti saniyədə 7-12, arabir 15 metr olacaq.
Azərbaycanda yeni dərs ilinin ilk günündə hava necə olacaq?

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda yeni dərs ilinin ilk günündə havanın necə olacağı məlum olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyinin sürəti saniyədə 7-12, arabir 15 metr olacaq.

Havanın temperaturunun gecə 18-22, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Sentyabrın 16-da havanın dəyiskən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında arabir saniyədə 18-20 metrədək güclənəcək. Havanın temperaturunun gecə 18-22, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sentyabrın 15-də hava əsasən yağmursuz olacaq. Lakin sentyabrın 16-da bəzi yerlərdə axşam və gecə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Aran rayonlarında havanın temperaturunun gecə 17-22, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti