...

Daha 167 azərbaycanlı tələbə xaricdə təhsil alacaq

Cəmiyyət Materials 19 Sentyabr 2013 18:27 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş növbəti 167 namizəd barədə müsbət qərar verilib.
Daha 167 azərbaycanlı tələbə xaricdə təhsil alacaq

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir İ.İsababalyeva/

Azərbaycan Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş növbəti 167 namizəd barədə müsbət qərar verilib. Bu barədə Trend TN-nin mətbuat xidmətinə istinadən məlumat verib.

Məlumata görə, bu günə qədər Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş 482 namizəd barədə müsbət qərar verilib.

Digər namizədlər barədə müvafiq qərar qəbul olunduğu zaman bu haqda ictimaiyyətə əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti