...

Rezidenturaya qəbul üçün əlavə yerləşdirmə aparılır

Cəmiyyət Materials 24 Sentyabr 2013 13:04 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ili üçün rezidentura səviyyəsinə qəbul olmaq istəyənlər üçün əlavə yerləşdirmə aparır.
Rezidenturaya qəbul üçün əlavə yerləşdirmə aparılır

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ili üçün rezidentura səviyyəsinə qəbul olmaq istəyənlər üçün əlavə yerləşdirmə aparır. Komissiyadan Trend-ə verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən namizədlər sentyabrın 25-i saat 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini təqdim etməklə TQDK-ya müraciət edə bilərlər. Rezidenturaya müsabiqə nəticəsində 528 plan yerinə 504 nəfər namizəd qəbul olub. Qəbul olanlardan 496 namizəd qeydiyyatdan keçib və nəticədə 31 plan yeri boş qalıb.
Boş qalan plan yerlərindən 10-u Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinə aid olan ixtisaslardır. Bu ixtisaslar üzrə müsabiqədə iştirak etmək hüququ olan heç bir namizəd olmadığı üçün həmin ixtisaslar müsabiqəyə təqdim olunmur.

Müsabiqənin nəticələrinə əsasən, boş qalan plan yerləri bunlardır:

I istiqamət (Müalicə işi, pediatriya)

I. Azərbaycan Tibb Universiteti

311244 Terapiya - 1 yer

II. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu

313189 Psixiatriya - 1 yer

313253 Dermatovenerologiya - 1 yer

III. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası

329113 Anesteziologiya-reanimatologiya - 1 yer

IV. Respublika Narkoloji Mərkəz

332118 Narkologiya - 1 yer

IV istiqamət (Tibbi-profilaktika)

I. Azərbaycan Tibb Universiteti

311455 Gigiyena - 4 yer

II. Respublika Gigiyena-Epidemiologiya Mərkəzi

333122 Gigiyena - 6 yer

333139 Epidemiologiya - 4 yer

I, II və IV istiqamətlər üzrə

Naxçıvan Dövlət Universiteti

361132 Sosial gigiyena və səhiyyənin təşkili - 1 yer

I, III və IV istiqamətlər üzrə

Naxçıvan Dövlət Universiteti

361149 Mikrobiologiya - 1 yer

Məqalədə:
Xəbər lenti

Xəbər lenti