...

Güclü külək Şabranda məktəbin, Qubada evlərin dam örtüklərini uçurub

Cəmiyyət Materials 26 Sentyabr 2013 12:39 (UTC +04:00)
Güclü külək respublikanın şimal rayonlarında fəsadlar törədib.
Güclü külək Şabranda məktəbin, Qubada evlərin dam örtüklərini uçurub

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir İ.İzzət/

Güclü külək respublikanın şimal rayonlarında fəsadlar törədib.

Trend Regional TV-yə istinadən xəbər verir ki, sentyabrın 25-dən 26-na keçən gecə əsən güclü külək Quba, Xaçmaz, Şabran rayonlarında ciddi fəsadlar törədib. Əsas magistral yolların kənarındakı ağacların yıxılması nəticəsində avtomobillərin hərəkətində çətinliklər yaranıb. Bundan başqa, külək Qubada bəzi yaşayış evlərinin, Şabranda isə 1 saylı məktəbin dam örtüklərini uçuraraq sıradan çıxarıb.

Bundan əlavə, bir sıra elektrik dirəklərinin aşması nəticəsində şimal rayonlarında enerjinin verilməsində məhdudiyyətlər yaranıb. "Xaçmaz Regional Elektrik Şəbəkə" MMC-dən bildiriblər ki, qəza baş verən ərazilərdə problemlərin aradan qaldırılması və elektrik enerjisinin verilişinin bərpası üçün işlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti