...

"Bakı 2015 İlk Avropa Oyunları" üçün Bakıda dünyanın ən möhtəşəm Olimpiya kəndlərindən biri tikiləcək

Cəmiyyət Materials 26 Sentyabr 2013 14:51 (UTC +04:00)
"Bakı 2015 İlk Avropa Oyunları" layihəsi çərçivəsində Bakıda dünyanın ən gözəl Olimpiya kəndlərindən biri tikiləcək. Bu barədə cümə axşamı Trend-ə "Bakı Avropa Oyunları 2015"in Əməliyyat Komitəsinin icraçı direktoru Cim Şerr bildirib.
"Bakı 2015 İlk Avropa Oyunları" üçün Bakıda dünyanın ən möhtəşəm Olimpiya kəndlərindən biri tikiləcək

Azərbaycan, Bakı, 26 sentyabr / Trend, müxbir M.Əliyev/

"Bakı 2015 İlk Avropa Oyunları" layihəsi çərçivəsində Bakıda dünyanın ən gözəl Olimpiya kəndlərindən biri tikiləcək. Bu barədə cümə axşamı Trend-ə "Bakı Avropa Oyunları 2015"in Əməliyyat Komitəsinin icraçı direktoru Cim Şerr bildirib.

Onun sözlərinə görə, Bakıdakı Olimpiya kəndi füsunkar infrastruktura malik olacaq. C. Şerr qeyd edib ki, Bakı 2015 İlk Avropa Oyunları çərçivəsində bütün obyektlər ən yüksək tələblərə cavab verəcək və yüksək keyfiyyəti ilə seçiləcək.

C. Şerr vurğulayıb ki, "Bakı 2015"in Əməliyyat Komitəsi Oyunların keçirilməsi üçün bütün hazırlıq tədbirləri üzərində nəzarəti həyata keçirir: "Bunların sırasında mövcud obyektlərin bərpası, yeni obyektlərin tikintisi, nəqliyyat infrastrukturunun yenilənməsi, həmçinin obyektlərin tam hazır vəziyyətə gətirilməsi var".

İcraçı direktor bildirib: "Bir sıra işlər artıq başa çatdırılıb. Nəzərə alsaq ki, ehtiyatımızda daha iki il yarım müddət var, növbəti 3-4 ayda bu işlərin kifayət qədər böyük hissəsinin yerinə yetirilməsinin şahidi olacaqsınız".

C. Şerr qeyd edib ki, Bakı 2015 İlk Avropa Oyunları başlananadək yarışların təşkili, qonaqların Azərbaycan paytaxtında qəbul olunması, həmçinin xidmətlərin göstərilməsi ən yüksək səviyyəyə çatdırılacaq.

İcraçı direktor deyib: "Təbii ki, həyata keçiriləsi işlər hələ çoxdur və bu səbəbdən işlər gərgin qrafik üzrə gedir. Nəzərə alsaq ki, yarışlara o qədər də çox vaxt qalmayıb, təbii ki, biz işləri sürətli tempdə davam etdirəcəyik".

7-8 dekabr 2012-ci il tarixində Romada keçirilmiş Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 49 Milli Olimpiya Komitəsinin nümayəndələri gizli səsvermə yolu ilə Bakı şəhərini əksər səs çoxluğu ilə 2015-ci ildə tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarını qəbul edən şəhər qismində seçiblər. Bakı 2015 İlk Avropa Oyunları haqqında daha ətraflı məlumatı www.baku2015.com rəsmi internet saytından, həmçinin "Facebook", "Twitter", "YouTube" və "Google+"da əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti