Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir E.İsmayılov/
Yol hərəkəti və sərnişindaşımaların təhlükəsizliyinin təmin olunması qaydalarını pozan avtobusların sürücülərinə qarşı ən sərt cəzalar daxil olmaqla müxtəlif cəzalar tətbiq edilir. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyindən sürücülər tərəfindən müəyyən edilən qaydaların tez-tez pozulması barədə sualı cavablandırarkən bildiriblər.
Nazirlikdən vurğulayıblar ki, bu və ya digər marşrut üzrə fəaliyyət göstərən həm sürücü, həm də daşıyıcıya tətbiq edilən cəza forması göstərilən qaydaların pozulma dərəcəsinə uyğun olaraq müəyyənləşdirilir.
Nazirlikdən bildirilib: "Bu həm cərimə, həm də sürücünün marşrutdan kənarlaşdırılması da ola bilər. Bu işlər müntəzəm şəkildə aparılır".