...

IDEA kampaniyası məktəblilərin diqqətini ətraf mühitin qorunmasına yönəldir (FOTO)

Cəmiyyət Materials 5 Oktyabr 2013 17:11 (UTC +04:00)
Hər il oktyabrın 4-də dünyanın bir çox ölkələrində qeyd olunan "Heyvanları Xilasetmə Günü" ilə əlaqədar olaraq, IDEA (International Dialogue for Environmental Action) kampaniyası məktəblillərin Azərbaycan Heyvanları Xilasetmə Mərkəzinə ziyarətini təşkil etmişdir.
IDEA kampaniyası məktəblilərin diqqətini ətraf mühitin qorunmasına yönəldir (FOTO)

Azərbaycan, Bakı, 5 oktyabr /Trend/

Hər il oktyabrın 4-də dünyanın bir çox ölkələrində qeyd olunan "Heyvanları Xilasetmə Günü" ilə əlaqədar olaraq, IDEA (International Dialogue for Environmental Action) kampaniyası məktəblillərin Azərbaycan Heyvanları Xilasetmə Mərkəzinə ziyarətini təşkil etmişdir.

Kampaniyadan Trend-ə verilən məlumat görə, 30-dan artıq məktəblinin iştirakı ilə baş tutan ziyarətin təşkil olunmasında əsas məqsəd şagirdlərin diqqətini kimsəsiz heyvanların qayğısına yönəltmək, onları təbiətə, heyvanlara qarşı həssas davranmağa səsləmək, ən əsası isə gənclər arasında kimsəsiz, xəstə heyvanların yenidən təbii mühitə qayıtmasında birgə səyi formalaşdırmaqdan ibarətdir.

Fəaliyyətinin əsas istiqamətləri kimsəsiz heyvanlara nəzarət, o cümlədən respublikamızda heyvanlara qayğı mədəniyyətinin formalaşmasına töhfə vermək olan Azərbaycan Heyvanları Xilasetmə Mərkəzinə ziyarət zamanı məktəblilər Mərkəzin fəaliyyəti və iş prinsipi ilə yaxından tanış olmuş, klinikaya yerləşdirilən və xüsusi həkim müayinəsində olan heyvanların müalicəsi işi haqqında daha ətraflı məlumat əldə etmişlər.

IDEA (International Dialogue for Environmental Action) kampaniyası və Azərbaycan Heyvanları Xilasetmə Mərkəzi (AARC) gəncləri daim kimsəsiz heyvanların qayğısına qalmağa, onları qorumağa səsləyir. Bu məqsədlə ölkəmizdə ekoloji maarifləndirmə və ətraf mühitə qayğı ilə əlaqədar bir çox layihələr həyata keçirən IDEA kampaniyası mütəmadi olaraq məktəblilərin Mərkəzə ziyarətini təşkil edir.

Qeyd edək ki, IDEA kampaniyası ilə birgə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən Azərbaycan Heyvanları Xilasetmə Mərkəzi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti