...

Bakıda məhkuma kartofun içində mobil telefon ötürmək cəhdi boşa çıxıb (FOTO)

Cəmiyyət Materials 6 Oktyabr 2013 21:41 (UTC +04:00)
Bakı İstintaq təcridxanasına qadağan olunmuş əşyanın keçirilməsi cəhdinin qarşısı alınıb.
Bakıda məhkuma kartofun içində mobil telefon ötürmək cəhdi boşa çıxıb (FOTO)

Azərbaycan, Bakı, 6 oktyabr /Trend/

Bakı İstintaq təcridxanasına qadağan olunmuş əşyanın keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, oktyabrın 5-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan 1986-cı il təvəllüdlü, Cinayət Məcəlləsinin 177.2.1; 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Alim Malik oğlu Quliyevə vətəndaş Hikmət Nəcəf oğlu Şirinovun gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı kartofun içinə oyularaq gizlədilmiş, daxilində "Sim" danışıq kartı olan bir ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar olunaraq götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti