...

Quba-Xınalıq yoluna düşən qaya parçası partladılacaq

Cəmiyyət Materials 11 Oktyabr 2013 16:23 (UTC +04:00)
80 tonluq qaya parçasını ağır texnikanın köməyi ilə yolun hərəkət hissəsindən uzaqlaşdırmaq mümkün olmayıb.
Quba-Xınalıq yoluna düşən qaya parçası partladılacaq

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir İ.İzzət/

80 tonluq qaya parçasını ağır texnikanın köməyi ilə yolun hərəkət hissəsindən uzaqlaşdırmaq mümkün olmayıb.

Trend Regional TV-yə istinadən xəbər verir ki, Quba-İspik-Xınalıq yolunun 36-cı kilometrliyində dağdan qoparaq yolun hərəkət hissəsinə düşən 80 tonluq qaya parçasını partladacaqlar. Bu barədə 6 saylı Yol istismar idarəsinin rəisi Aydəmir Manafov məlumat verib.

İdarə rəisinin sözlərinə görə, qaya parçasını ağır texnikanın köməyi ilə yolun hərəkət hissəsindən uzaqlaşdırmaq mümkün olmayıb. Bu səbəbdən Nəqliyyat Nazirliyinin müvafiq qurumlarına qaya parçasının partladılaraq hissələrə bölünməsi və yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün müraciət olunub.

Xatırladaq ki, oktyabrın 7-si gecə saatlarında təxminən 50 və 80 ton ağırlığında iki qaya parçasının dağdan qoparaq yola yuvarlanması nəticəsində Quba-Xınalıq yolu müvəqqəti olaraq bağlanmışdı. Yolun 36-cı kilometrliyində baş verən hadisə ilə bağlı müvafiq texnika və canlı qüvvə əraziyə cəlb olunub. Yolda hərəkət elə həmin gün bərpa olunsa da, bütün cəhdlərə baxmayaraq, 80 tonluq qaya parçasını yolun hərəkət hissəsindən uzaqlaşdırmaq hələ ki mümkün olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti