...

İstintaq təcridxanasına şokoladın içərisində narkotik keçirmək cəhdinin qarşısı alınıb (FOTO)

Cəmiyyət Materials 12 Oktyabr 2013 21:04 (UTC +04:00)
Penitensiar Xidmətin və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə narkotik vasitə keçirilməsi cəhdinin qarşısı növbəti dəfə alınıb.
İstintaq təcridxanasına şokoladın içərisində narkotik keçirmək cəhdinin qarşısı alınıb (FOTO)

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

Penitensiar Xidmətin və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə narkotik vasitə keçirilməsi cəhdinin qarşısı növbəti dəfə alınıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, oktyabrın 12-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində saxlanılan Şamil Əkbər oğlu Hüseynova qardaşı oğlu, 1991-ci il təvəllüdlü İmanov Natiq Vaqif oğlunun gətirdiyi sovqata baxış keçirilib.

Baxış zaman "Baunti" şokolad konfetlərinin 2 ədədinin içərisində gizlədilmiş 3 ədəd bükümdə xalis çəkisi 9,291 qram olan narkotik maddə - tiryək aşkar olunaraq götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti