...

Azərbaycanlı həkimlər və tibb sahəsində təhsil alan tələbələrin Türkiyə Forumu öz işinə başlayıb (FOTO)

Cəmiyyət Materials 13 Oktyabr 2013 05:04 (UTC +04:00)
Azərbaycanın Türkiyədəki səfirliyi, Azərbaycan Təhsil Mədəniyyət və Yardımlaşma Dərnəyi (AZERDER) və Ankara Universitetinin Tibb fakültəsinin təşkilatçılığı ilə oktyabrın 12-də "Nümunəvi Həkim Olmağa Doğru" sərlövhəli Azərbaycanlı Gənc Həkimlərin və Tibb Sahəsində Təhsil Alan Tələbələrin 3-cü Türkiyə Forumu öz işinə başlayıb.
Azərbaycanlı həkimlər və tibb sahəsində təhsil alan tələbələrin Türkiyə Forumu öz işinə başlayıb (FOTO)

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

Azərbaycanın Türkiyədəki səfirliyi, Azərbaycan Təhsil Mədəniyyət və Yardımlaşma Dərnəyi (AZERDER) və Ankara Universitetinin Tibb fakültəsinin təşkilatçılığı ilə oktyabrın 12-də "Nümunəvi Həkim Olmağa Doğru" sərlövhəli Azərbaycanlı Gənc Həkimlərin və Tibb Sahəsində Təhsil Alan Tələbələrin 3-cü Türkiyə Forumu öz işinə başlayıb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, ölkəmizdə və Türkiyədə fəaliyyət göstərən və təhsil alan gənc həkimlərimiz Türkiyənin ən nüfuzlu universitetlərindən biri olan Ankara Universitetinin Tibb fakültəsində sözügedən tədbir üçün bir araya gəlməzdən əvvəl Ankarada ümummilli lider Heydər Əliyevin adını daşıyan parkı ziyarət edib və ulu öndərin heykəlinin önünə əklil qoyublar.

Sonra Ankara Universitetinin Tibb fakültəsində əvvəlcə ulu öndər Heydər Əliyev, Atatürk və əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, iki qardaş ölkənin himnləri oxunub.

Daha sonra Azərbaycan səhiyyə nazirinin müavini Elsevər Ağayev, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar, Hacettepe Universitetinin rektoru Murat Tuncer, AZERDER-in baş katibi Atəş Nəbiyev, Ankara Universitetinin Tibb fakültəsinin dekanı Şahsuvar Ertürk, fakültənin Ümumi cərrahiyyə kafedrasının müdiri Semih Baskan və başqaları çıxış edərək diqqəti forumun əhəmiyyəti və iki ölkə arasında tibb sahəsində əməkdaşlığa cəlb ediblər.

Həmçinin, səfirliyin diplomatı Nadir Cəfərov tərəfindən səfir Faiq Bağırovun gənc həkimlərimizə ünvanladığı müraciət oxunub.

Ardından forumun elmi sessiyaları öz işinə başlayıb. Türkiyə və Azərbaycandan olan çox sayda alim-həkim təqdimatları ilə əhəmiyyətli məsələlərə toxunublar.

Günün sonunda tədbir iştirakçıları üçün Hacettepe Universitetində ziyafət verilib.

Qeyd edək ki, forum oktyabrın 13-də Atatürkün mavzoleyi - "Anıtkabir"in ziyarət edilməsi ilə öz işinə davam edəcək.

Xəbər lenti

Xəbər lenti