...

YAP Nizami rayon təşkilatında Qurban bayramı ilə əlaqədar aztəminatlı ailələrlə görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 15 Oktyabr 2013 12:46 (UTC +04:00)
Müqəddəs Qurban bayramı münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatında aztəminatlı ailələlə görüş keçirilib.
YAP Nizami rayon təşkilatında Qurban bayramı ilə əlaqədar aztəminatlı ailələrlə görüş keçirilib (FOTO)

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

Müqəddəs Qurban bayramı münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatında aztəminatlı ailələlə görüş keçirilib. Bu barədə Trend-ə çərşənbə axşamı təşkilatdan daxil olan məlumatda deyilir.

Görüşdə müqəddəs Qurban bayramı münasibətilə sakinləri təbrik edən YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva onları ürəkdən təbrik edib, hər birinə ən səmimi arzu və diləklərini yetirib.

Millət vəkili söyləyib ki, islamın bir din kimi tamamlanmasını və hidayət yolu olaraq bəşəriyyətə göndərilməsini özündə ehtiva edən Qurban mərasimləri müsəlmanlara xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olmanın və Uca Yaradana yaxınlığın fərəhini yaşatmaqla, insanları sülhə, əmin-amanlığa və qardaşlıq yoluna dəvət edir: "Azərbaycan xalqının mənəvi-əxlaqi dəyərlər sistemində Qurban bayramının xüsusi yeri var. Xalqımız yüz illərdir ki, Allah və din yolunda mənəvi borcunu böyük təntənə ilə yerinə yetirir. Bu günlər ölkəmizin hər yerində Allahın adına qurbanlar kəsilir, dövlətimizin firavanlığı və tərəqqisi üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur".

Qeyd olunub ki, humanizm, xeyirxahlıq və bərabərlik rəmzi olan Qurban bayramı cəmiyyətimizdə milli-mənəvi həmrəyliyi və dözümlülük ovqatını daha da gücləndirir, insanlar arasında şəfqət və mərhəmət duyğularının təntənəsini nümayiş etdirir. Sədaqət Vəliyeva Qurban bayramı münasibətilə bir daha rayon sakinlərinə möhkəm cansağlığı, ailələrinə xoşbəxtlik və süfrələrinizə bol ruzi-bərəkət arzulayıb.

Sonra Müqəddəs Qurban bayramı münasibətilə 1000-ə yaxın ailəyə pay verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti