...

İstirahət günü Azərbaycanda yağıntılı, küləkli, qeyri-sabit hava şəraiti hökm sürəcək

Cəmiyyət Materials 19 Oktyabr 2013 11:20 (UTC +04:00)
İstirahət günü Azərbaycan ərazisində hava yağıntılı, küləkli keçəcək, bəzi rayonlarda qar və sulu qar yağacağı proqnozlaşdırılır, havanın temperaturu 10-12 dərəcəyə kimi enəcək.
İstirahət günü Azərbaycanda yağıntılı, küləkli, qeyri-sabit hava şəraiti hökm sürəcək

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

İstirahət günü Azərbaycan ərazisində hava yağıntılı, küləkli keçəcək, bəzi rayonlarda qar və sulu qar yağacağı proqnozlaşdırılır, havanın temperaturu 10-12 dərəcəyə kimi enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 20-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Fasilələrlə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyinin sürəti 18-23 m/s olacaq, küləyin sürəti arabir 25-30 m/s-dək güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 10-13, gündüz 15 dərəcəyə yaxın isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında oktyabrın 19-da axşam, 20-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yağışın bəzi yerlərdə intensiv olacağı proqnozlaşdırılır.

Yuxarı Qarabağ zonasının bəzi ərazilərində, o cümlədən Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında oktyabrın 19-da axşam, 20-də yağış yağacağı, yağıntının bəzi yerlərdə intensiv olacağı, sulu qar, qar yağacağı gözlənilir.

Mərkazi-Aran rayonlarında oktyabrın 20-də havanın temperaturunun gecə 10-15, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

Qeyd edək ki, son günlər Azərbaycan isti hava şəraiti hökm sürürdü. Bəzi yerlərdə temperatur 28 dərəcəyədək yüksəlmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti