...

“Aqrolizinq” ASC-nin filial müdiri barəsində həbs qətimkan tədbiri seçilib

Cəmiyyət Materials 23 Oktyabr 2013 10:57 (UTC +04:00)
“Aqrolizinq” ASC-nin İmişli rayon “Aqroservis” filialında yol verilmiş qanun pozuntuları ilə bağlı başlanmış cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində istintaq tədbirləri davam etdirilir.
“Aqrolizinq” ASC-nin filial müdiri barəsində həbs qətimkan tədbiri seçilib

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir M.Əliyev/

"Aqrolizinq" ASC-nin İmişli rayon "Aqroservis" filialında yol verilmiş qanun pozuntuları ilə bağlı başlanmış cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində istintaq tədbirləri davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə bildiriblər ki, cəmiyyətin İmişli rayon filialının müdiri Razi Talıbzadənin, ASC tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına güzəştli şərtlərlə satılması üçün təhvil verilmiş və filialın anbarında saxlanılan 835.5 min manat dəyərində 9569 ton müxtəlif növ mineral gübrə və pestisidləri 2009-2013-cü illərdə ayrı-ayrı şəxslərə satmaqla ona etibar edilmiş külli miqdarda özgə əmlakını qulluq mövqeyindən istifadə etməklə mənimsəməsində şübhələr üçün əsaslar olduğundan o, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti