...

“Təmiz Şəhər” ASC təhsil müəssisələrində ekoloji təlim-tərbiyə işlərini davam etdirir

Cəmiyyət Materials 24 Oktyabr 2013 12:48 (UTC +04:00)
22 oktyabr 2013-cü il tarixində “Təmiz Şəhər” ASC “EkoReal” təşkilatı ilə birlikdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya fakültəsində “Bərk məişət tullantılarının idarə edilməsi” mövzusunda seminar keçirib.
“Təmiz Şəhər” ASC təhsil müəssisələrində ekoloji təlim-tərbiyə işlərini davam etdirir

Azərnaycan, Bakı, 24 oktyabr /Trend/

22 oktyabr 2013-cü il tarixində "Təmiz Şəhər" ASC "EkoReal" təşkilatı ilə birlikdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya fakültəsində "Bərk məişət tullantılarının idarə edilməsi" mövzusunda seminar keçirib. Bu barədə cümə axşamı "Təmiz Şəhər" ASC Trend-ə daxil olan məlumatda deyilir.

Seminarda "Təmiz Şəhər" ASC-nin "Ətraf mühit və əməyin mühafizəsi" şöbəsinin müdiri Sabit Zeyniyev, "EkoReal"ın direktoru Telman Zeynalov və Davamlı İnkişaf Araşdırmaları Mərkəzinin direktoru Nəriman Ağayev mühazirələrlə çıxış etdilər.

Seminarda çıxış edən ADPU-nun Elmi işlər üzrə prorektoru, professor Vilayət Əliyev Azərbaycanda ətraf mühitin yaxşılaşdırılması məqsədilə bərk məişət tullantılarının idarə olunmasına dövlət tərəfindən göstərilən qayğıdan, Biologiya fakültəsinin dekanı, professor Yusif Əhmədov tullantıların səmərəli idarə olunmasının əhəmiyyətindən bəhs etmişlər.

Davamlı İnkişaf Araşdırmaları Mərkəzinin direktoru Nəriman Ağayev məişətdə əmələ gələn təhlükəli tullantıların utilizasiyası barədə məlumatları tələbələrin diqqətinə çatdırmış, "EkoReal" QHT-nın direktoru Telman Zeynalov isə bərk məişət tullantılarının təkrar emalı yollarından söz açmışdır.

"Təmiz Şəhər" ASC-nin "Ətraf mühit və əməyin mühafizəsi" şöbəsinin müdiri Sabit Zeyniyev ASC-nin gördüyü işlər barədə təqdimatla çıxış edərək Bərk məişət tullantılarının yandırılması və Bərk məişət tullantılarının çeşidlənməsi zavodları, İçəri Şəhər və Qala qoruğlarında həyata keçirilən pilot layihələri və görülmüş digər işlər haqqında ətraflı məlumat vermişdır. Mühazirənin sonunda Balaxanı poliqonunun modernləşdirilməsinə və orada yaradılan yuma-dizinfeksiya məntəqələrinə dair video-çarx nümayiş etdirmişdir.

Qeyd edək ki, təhsil müəssisələrində ekoloji təlim-tərbiyə işləri "Təmiz Şəhər" ASC tərəfindən mütamadi olaraq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti