...

Təhsil Nazirliyi imtahanların yazılı aparılması məsələsinə aydınlıq gətirib

Cəmiyyət Materials 2 Noyabr 2013 10:48 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi ali məktəblərdə imtahanların yazılı və ya test üsulu ilə aparılması məsələsinə aydınlıq gətirib.
Təhsil Nazirliyi imtahanların yazılı aparılması məsələsinə aydınlıq gətirib

Azərbaycan, Bakı, 2 noyabr /Trend/

Azərbaycan Təhsil Nazirliyi ali məktəblərdə imtahanların yazılı və ya test üsulu ilə aparılması məsələsinə aydınlıq gətirib.

Trend xəbər verir ki, Təhsil Nazirliyi rəsmi saytında bu barədə sualı cavablandırıb. Nazirliyin cavabında bildirilir ki, ali təhsil müəssisələrində kurs imtahanları 1994-cü ildən başlayaraq yazılı şəkildə və ya test üsulu ilə keçirilir (Təhsil Nazirliyinin 11.10.1994-cü il tarixli 595 nömrəli əmri ilə təsdiq edilmiş "Ali məktəblərin kurs imtahanları və məqbulları haqqında Əsasnamə").

Ali təhsil müəssisələrində kredit sisteminin tətbiqi ilə əlaqədar "Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında Əsasnamə" təsdiq edilib (Təhsil Nazirliyinin 11.09.2008-ci il tarixli 1060 nömrəli əmri).

Bu Əsasnaməyə görə, tələbələrin biliyinin qiymətləndirilməsi üçün imtahanların bir qayda olaraq yazılı şəkildə aparılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti