...

"BlackBerry"nin satışından imtina edildi

Cəmiyyət Materials 5 Noyabr 2013 05:03 (UTC +04:00)
Maliyə böhranından çıxa bilməyən və sentyabr ayında "Fairfax Financial"a satılan Kanadanın mobil telefon istehsalçısı "BlackBerry"nin satışından imtina edildiyi bildirilir.
"BlackBerry"nin satışından imtina edildi

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

Maliyyə böhranından çıxa bilməyən və sentyabr ayında "Fairfax Financial"a satılan Kanadanın mobil telefon istehsalçısı "BlackBerry"nin satışından imtina edildiyi bildirilir.

Trend Türkiyə KİV-ə istinadən məlumat verir ki, "Blackberry"də satışın ləğv edilməsi barədə yayılan xəbərlərdən sonra şirkətin baş icraçı direktoru (CEO) Torsten Heynsin işinə də son verildiyi qeyd edilib. Bununla yanaşı, Toronto Birjasında şirkətin səhmlərinin dəyəri 6,67 dollar azalıb.

"BlackBerry"dən verilən açıqlamada isə yeni bir CEO-nun təyin ediləcəyi, İdarə heyətinin yenidən təşkil olunacağı və şirkətin sərmayəsinin 1 milyard dollar yüksəldiləcəyi bildirilib.

Qeyd edək ki, 1999-cu ildə Mayk Lazaridis tərəfindən yaradılan və fərqli xüsusiyyətləri səbəbindən mobil telefon bazarında liderlərdən biri olan "BlackBerry" maliyyə böhranından çıxmaq üçün sonuncu dəfə 4 500 əməkdaşını işdən azad etmişdi.

T.Heynsin şirkətin 2013-cü ilin ikinci rübündə 950 milyon dollar ziyana işlədiyini bildirməsindən sonra "BlackBerry"nin sentyabrın 23-də 4,7 milyard dollara "Fairfax Financial Holding"ə satıldığı açıqlanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti