...

Polis orqanlarının xüsusi təchiz olunmuş binalarla təmin edilməsi normalarına dəyişikliklər edildi

Cəmiyyət Materials 5 Noyabr 2013 13:06 (UTC +04:00)
Azərbaycan hökuməti "Azərbaycan Respublikası polis orqanlarının xüsusi təchiz olunmuş binalarla təmin edilməsi Normaları"nda dəyişikliklər edilməsi haqqında qərar verib.
Polis orqanlarının xüsusi təchiz olunmuş binalarla təmin edilməsi normalarına dəyişikliklər edildi

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan hökuməti "Azərbaycan Respublikası polis orqanlarının xüsusi təchiz olunmuş binalarla təmin edilməsi Normaları"nda dəyişikliklər edilməsi haqqında qərar verib.

Nazirlər Kabinetindən Trend-ə bildirilib ki, dəyişikliyə görə, inzibati həbs olunanların saxlanılması üçün xüsusi məntəqəsi olmayan polis orqanlarının müvəqqəti saxlama yerlərinin kamera bloklarında xüsusi kamera təchiz edilməlidir.

Dəyişikliyə əsasən, xidməti təsərrüfat otaqlarına rəis otağı, şəxsi əşyaların saxlanılması üçün otaq, növbətçi otağı, şəxsi baxış keçirmək üçün otaq, istintaq otağı, tanınma otağı, görüş otağı, tibb işçisi otağı, duşxana, dezinfeksiya otağı, mətbəx, ibadət və televiziya verilişlərinə baxmaq üçün otaq daxildir.

Saxlanılan şəxslərin idmanla məşğul olması üçün gəzinti həyətində müvafiq şərait yaradılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti