...

Elmin İnkişafı Fondu növbəti “Şuşa Qrantı” müsabiqəsinin nəticələrini açıqlayıb

Cəmiyyət Materials 8 Noyabr 2013 14:50 (UTC +04:00)
Elmin İnkişafı Fondu növbəti “Şuşa Qrantı” müsabiqəsinin nəticələrini açıqlayıb.
Elmin İnkişafı Fondu növbəti “Şuşa Qrantı” müsabiqəsinin nəticələrini açıqlayıb

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Elmin İnkişafı Fondu növbəti "Şuşa Qrantı" müsabiqəsinin nəticələrini açıqlayıb.

Fonddan Trend-ə verilən məlumata görə, 2013-cü ildə elan olunan 2-ci "Şuşa Qrantı" müsabiqəsi çərçivəsində 10 qalib layihə müəyyənləşdirilib. Qalib layihələrin maliyyələşdirilməsi məqsədilə Elmin İnkişafı Fondu tərəfindən 300 000 manat həcmində qrant ayrılıb.

2-ci "Şuşa Qrantı" müsabiqəsi üzrə qalib layihələr AMEA-nın Folklor, Memarlıq və İncəsənət, Əlyazmalar, Arxeologiya və Etnoqrafiya, Geologiya institutlarında, İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunda, Azərbaycan Tibb Universitetində, Bakı Dövlət Universitetində, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, Azərbaycan Memarlıq və İnşaat Universitetində yerinə yetiriləcək.

Qalib layihələr "Qarabağda xalq oyunları və meydan tamaşaları: genezisi, tipologiyası və poetikası", "Sovet dövründə Azərbaycanın ərazi problemləri və erməni iddiaları", "Dağlıq Qarabağda Nərgiztəpə arxeoloji abidələr kompleksi", "Qarabağ memarlığı X-XIX əsrlərdə", "Şuşa Azərbaycan mətbuatında (1875-1920-ci illər)", "Qarabağın geoloji-coğrafi atlası", "Dağlıq Qarabağ məcburi köçkünlərinin reproduktiv sağlamlıq vəziyyətinin öyrənilməsi", "Ermənistanın sovetləşməsindən Azərbaycan ərazilərinin işğalınadək (1920-1994-cü illər) erməni iddiaları" və s. istiqamətlər üzrə yerinə yetiriləcək.

Bütün layihələr reallaşdırıldıqdan sonra hər bir fundamental-tətbiqi xarakterli layihə üzrə alınmış nəticələri əks etdirən kitab, monoqrafiya və ya atlasın nəşr olunması nəzərdə tutulub. Bu nəşrlərdən Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində də istifadə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti